13 
12
19
12:47
274

Ötən gün baş verən yol qəzalarında – 1 ölü, 2 yaralı

13, 12, 19
12:47
274

Ötən gün baş verən yol qəzalarında – 1 ölü, 2 yaralı

Gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılmışdır


patrul.az bildirir ki, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılmışdır.

Bizimlə əlaqə saxlayın

birbank