08 
07
20
21:52
450

Ermənistan Azərbaycan ordusunu hücuma təhrik edir – MÜHARİBƏ, YOXSA … – TƏHLİL

08, 07, 20
21:52
450

Ermənistan Azərbaycan ordusunu hücuma təhrik edir – MÜHARİBƏ, YOXSA … – TƏHLİL

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 78 dəfə pozub.

patrul.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Görünən odur ki, düşmən son günlər cəbhədə gərginliyi artırmağa çalışır. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov açıqlamasında bildirib ki, Ermənistan tərəfi Azərbaycanı müharibəyə təhrik edir.

“Cəbhədə erməni tərəfindən açıq-aşkar təxribatlar, ələlxüsus, Azərbaycanın Qazax istiqamətindəki təxribatları provokasiya xarakterlidir. Düşmən Azərbaycan ordusunu hücuma çəkmək istəyir ki, bununla da öz məqsədlərinə çatsınlar. Burada xüsusi vurğulamaq lazımdır ki, söhbət Ermənistan ordusunun heç də müstəqil şəkildə Azərbaycana qarşı provokasiya etməsindən getmir. Oradakı generallar hər kəsə məlumdur ki, kimə tabedirlər. Bu aylar ərzində bu cür təxribatların şahidi olmuşuq. Bütün bu təxribatlardan sonra soyuqqanlı davranmışıq”, – deyə Zaur Məmmədov qeyd edib.
Ermənistanda son günlər baş verən proseslər onu deməyə əsas verir ki, istər ölkənin iqtisadiyyatı, istərsə də ordunun gücü müharibə etməyə cavab vermir.

“Azərbaycanı təxribata çəkmək istəyənlər bilməlidirlər ki, Azərbaycan bəzi ölkələr kimi təxribata getməyəcək. Daha yaxşı formada prosesləri təhlil edirik. Azərbaycan çox mühüm strateji bölgədə yerləşir. Kimlər ki, Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyir, erməni dəyirmanına su tökməkdən uzaqlaşmalıdırlar”.

//Qazet.az

Bizimlə əlaqə saxlayın

birbank