12 
12
19
11:14
273

Avtomoilində qaçaq yolla araq və oyun konsolu keçirmək istəyən şəxs yaxalandı - FOTO

12, 12, 19
11:14
273

Avtomoilində qaçaq yolla araq və oyun konsolu keçirmək istəyən şəxs yaxalandı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Lincoln Mercury” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və risk profillərinin qiymətləndirilməsinə əsasən “Qırmızı kanal”a yönləndirilib. 

DGK-dan Oxu.Az-a verilən məlumata görə, o, şifahi sorğu-sual zamanı idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. 

Nəqliyyat vasitəsinin yoxlanması zamanı baqaj hissəsində - döşəmə ilə benzin çəninin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən hər biri 1 litrlik şüşə qablaşdırmada üzərində “Nemiroff Original” yazılan 16 ədəd spirtli içki və 3 qutu “Sony PS4” oyun konsolu aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.



Bizimlə əlaqə saxlayın

birbank