02 
02
22
14:46
723

"Tofaş" sürücülərindən birinə cinayət işi açıldı - VİDEO

02, 02, 22
14:46
723

"Tofaş" sürücülərindən birinə cinayət işi açıldı - VİDEO

Patrul.az olaraq "Şəhəri bir-birinə qatan "Tofaş" sürücüləri" başlıqlı xəbər vermişdik. Videogörüntülər əsasında xəbər vermişdik ki, #99RU039 və #99OS084 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri cəmiyyətə açıq-aşkar hörmətsizlik edir, qaydaları heçə sayır.

DİN mətbuat xidmətindən "Patrul.az"a verilən məlumata görə paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən #99RU039 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobil Səbail RPİ DYPŞ tərəfindən müəyyən olunaraq duracağa yerləşdirilib. 

Avtomobil saxlanılarkən müəyyən olunub ki, sürücü Nihad Hüseynovun avtomobili idarə etmək hüququ yoxdur və bununla bərabər o aktiv koronavirus xəstəsidir. Əməkdaşlar Nihad Hüseynovu aidiyyatı üzrə təhvil verib.

Səbail RPİ-də Cinayət Məcəlləsinin 139.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

birbank