15 
06
24
16:00
64

Bu ilin ilk 5 ayında Azərbaycana 1 milyona yaxın turist GƏLİB

15, 06, 24
16:00
64

Bu ilin ilk 5 ayında Azərbaycana 1 milyona yaxın turist GƏLİB

“Bu ilin ilk 5 ayında ölkəyə 1 milyona yaxın turist gəlib”.

Patrul.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin müşaviri Kənan Quluzadə Şahdağdağ yay turizminin açılışına həsr edilmiş mətbuat konfransı zamanı deyib.

Cari ilin yanvar-may ayları ərizndə ölkəyə səfər edən əcnəbi vətəndaşların sayının 965 555 nəfər təşkil etdiyini və ötən ilin müvafiq dövrü ili müqayisədə 35 faiz artımın olduğunu deyən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alaraq, ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağını, 2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağının proqnozlaşdırıldığını qeyd edib.

Kənan Quluzadə Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar və təbliğat işlərinin aparıldığını bildirib.

Bizimlə əlaqə saxlayın

birbank